...

Azərbaycanlı qadın 16 ildir itkin düşən bacısını hələ də tapa bilmir (FOTO)

Gündəm Materials 7 Oktyabr 2019 14:54 (UTC +04:00)
Şirvan şəhər sakini illərdir yoxa çıxmasına baxmayaraq hələ də tapılmayıb.
Azərbaycanlı qadın 16 ildir itkin düşən bacısını hələ də tapa bilmir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şirvan şəhər sakini illərdir yoxa çıxmasına baxmayaraq hələ də tapılmayıb.

Bu barədə Trend-ə itkin düşən şəxsin yaxını Nuşabə Vahidova bildirib. Onun sözlərinə görə, bacısı 1982-ci il təvəllüdlü Vahidova Kəminə Əlisima qızı 16 il əvvəl itkin düşüb:

"Hazırda özüm Türkiyədə yaşayıram, bacım 2003-cü ildə itkin düşüb. O, noyabr ayının 23-ü Şirvan şəhəri Sahib Zeynalov küçəsində olan evimizdən çıxıb, bir saata qayıdacağını desə də, geri dönməyib. Həmin illərdə o, kollecin sonuncu kursunda oxuyurdu".

N.Vahidova qeyd edib ki, K.Vahidova hələ də anası tərəfindən axtarılır və hüquq-mühafizə orqanlarına da müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti