...

Şirvanda küçədən 8 aylıq atılmış qız uşağı tapıldı

Gündəm Materials 29 Noyabr 2019 11:34 (UTC +04:00)
Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.
Şirvanda küçədən 8 aylıq atılmış qız uşağı tapıldı

Bakı. Samir Əli - Trend:

Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.

Faktla əlaqədar müvafiq qurumlara məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti