...

Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib

Gündəm Materials 9 Dekabr 2019 13:32 (UTC +04:00)
Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib.
Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda tikinti şirkətinin direktoru həbs edilib.

Trend-in məlumatına görə, "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçi və direktoru Şirəliyev Cavanşir Qardaş oğlu dələduzluqda təqsirləndirilib.

İttihama görə, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq edib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənimsəməkdə ittiham olunur.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində Səbail rayon məhkəməsinin qərarı 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Ehtimal olunur ki, C.Şirəliyevin əməllərindən ziyan çəkən mənzil alanların sayı istintaqa indiyədək məlum olanlardan daha çoxdur. Ona görə də şirkət rəhbərinin əməllərindən zərərçəkmiş şəxslərin sayının artacağı gözlənilir.

Eyni zamanda, C.Şirəliyevin direktoru olduğu Yevlax Kərpic Zavodunun adına "Dəmirbank" ASC-dən götürdüyü 560 min ABŞ dolları krediti təyinatı üzrə xərcləməyərək mənimsəməsinə, həmçinin, bu kərpic zavoduna rəhbərlik etdiyi dövrdə 300 min manatdan artıq məbləği vergidən yayındırmasına dair də məlumatlar var.

C.Şirəliyev Səbail Rayon Məhkəməsinin qərarından şikayət verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.

Samsung Galaxy smartfondan göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti