...

Gender bərabərsizliyini aradan qaldırmaq üçün bəşəriyyətə 100 il lazımdır

Gündəm Materials 17 Dekabr 2019 06:46 (UTC +04:00)
Gender bərabərsizliyini aradan qaldırmaq üçün mövcud tendensiya davam edərsə, bəşəriyyət 99,5 il sonra siyasət, iqtisadiyyat və səhiyyə sahələrindəki bu boşluğun maneələrini adlaya bilər
Gender bərabərsizliyini aradan qaldırmaq üçün bəşəriyyətə 100 il lazımdır

Bakı. Trend:

Gender bərabərsizliyini aradan qaldırmaq üçün mövcud tendensiya davam edərsə, bəşəriyyət 99,5 il sonra siyasət, iqtisadiyyat və səhiyyə sahələrindəki bu boşluğun maneələrini adlaya bilər.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq İqtisadi Forumun (WEF) apardığı tədqiqatda deyilir.

2018-ci illə müqaisədə bu göstərici 108 ildən 99.5 ilə düşüb.

"WEF"in mütəxəssisləri qeyd edirlər ki, disproporsiyanın azalması son üç ildə ilk dəfə baş verib və qadın siyasətçilərinin saylarının artması səbəbindən əmələ gəlib. Ötən illə müqaisədə qadınlar parlament və nazirlik kürsülərində müvafiq olaraq 25.2 və 21.2 faiz yer tutublar.

İslandiya, Norveç, Finlandiya, İsveç və Nikaraqua dünyada gender bərabərliyi sahəsində lider olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti