...

"Sədərək" ticarət mərkəzində qanunsuz mallar satışdan çıxarılıb (FOTO)

Gündəm Materials 19 Dekabr 2019 13:17 (UTC +04:00)
"Ford Fusion" markalı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.
"Sədərək" ticarət mərkəzində qanunsuz mallar satışdan çıxarılıb (FOTO)

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Ford Fusion" markalı, nəqliyyat vasitəsində istifadəsi yüksək səs-küyə səbəb olan fişəng və pirotexniki vasitələrin daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Trend-ə bildirilib ki, məlumat əsasında Bakı şəhəri, "Sədərək" ticarət mərkəzinin "Şirniyyat" adlanan hissəsində dayanmış "Ford Fusion" markalı nəqliyyyat vasitəsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində və salonunda karton qutuların içərisində 6260 ədəd fişəng və pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti