...

ÜST: Azərbaycanda qidalanmada duzdan çox istifadə edilir

Gündəm Materials 19 Dekabr 2019 16:03 (UTC +04:00)
Azərbaycanda qidalanma zamanı duzdan həddindən artıq çox istifadə edilir.
ÜST: Azərbaycanda qidalanmada duzdan çox istifadə edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qidalanma zamanı duzdan həddindən artıq çox istifadə edilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyası" mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, əhali arasında, xüsusilə uşaqlarda artıq çəki və piylənmə artır.

ÜST-nin bu sahədə Səhiyyə Nazirliyinə kömək göstərməyə hazır olduğunu deyən H.Harmancı bildirib ki, Azərbaycanda yoluxucu olmayan qeyri-infeksion xəstəliklərə çox təsadüf edilir:

"Qeyri-infeksion xəstəliklər insult, infarkt, ürək, qan-damar xəstəliklərinə səbəb olur. Azərbaycanda bu sahədə məlumatların araşdırılması müsbət addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti