...

Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar

Gündəm Materials 29 Yanvar 2020 02:15 (UTC +04:00)
Honkonqdan olan tədqiqatçılar qrupu yeni növ koronavirusa qarşı vaksin hazırlayıblar
Honkonq alimləri koronavirusa qarşı vaksin hazırlayıblar

Bakı. Trend:

Honkonqdan olan tədqiqatçılar qrupu yeni növ koronavirusa qarşı vaksin hazırlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Honkonq Universitetinin mikrobioloqu Yuen Kvok-Yunq deyib.

Mikrobioloq bildirib: "Biz artıq vaksini yaratdıq, lakin dərmanı heyvanların üzərində sınamaq üçün uzun müddət lazım gələcək".

Onun sözlərinə görə, heyvanlar üzərində sınaqlar aylar, insanlar üzərində kliniki sınaqlar isə azı bir il çəkə bilər.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. Onlardan 106 nəfəri ölüb, 60 nəfəri isə sağalıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti