...

Bakıda daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Gündəm Materials 13 Fevral 2020 09:20 (UTC +04:00)
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb.
Bakıda daha 1 nəfər koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb.

Trend-ə daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 1 nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. O, Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə Abu-Dabidən Bakıya gəlib. Heydər Əliyev adına Hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti