Bakı. Trend:
Kürdəmir rayonunda yaşayan S.Mazakovun evindən ov tüfəngi və 24 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirmanlı kəndində yaşayan S.Mazakovun evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi və 24 ədəd patron aşkar edilərək götürülüb.