...

Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib (FOTO)

Gündəm Materials 10 Avqust 2020 11:15 (UTC +04:00)
Tovuzun Ağdam kəndində ödənişsiz səyyar tibbi müayinə keçirilib (FOTO)

Bakı. Trend:

“ASAN xidmət” və "Sağlam Ailə" Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən ödənişsiz səyyar tibbi müayinə layihəsi bu dəfə Tovuz rayonunun Ağdam kəndində təşkil olunub.

“ASAN xidmət”dən Trend-ə verilən məlumata görə, 6, 7, 8 avqust tarixlərində kənd sakinləri yaşadıqları ünvanlarda ödənişsiz peşəkar həkim müayinələrindən yararlanıblar. Müayinələr pandemiya şəraitində mövcud preventiv tədbirlərin şərtlərinə və tibbi-profilaktik qaydalara əsasən təşkil olunub.

Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub.

Kənd sakinləri, eyni zamanda onlar üçün təqdim olunmuş tibbi kuponlar vasitəsi ilə "Sağlam Ailə" klinikalarında istənilən vaxt ödənişsiz müxtəlif həkim və laborator müayinələrdən yararlana bilərlər.

Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Qeyd edək ki, səyyar tibbi müayinə layihəsi 2017-ci ildən həyata keçirilir və Azərbaycanın bir çox regionlarını əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti