Bakı. Trend:
Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış tapança və 34 ədəd patron tapılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə veirlən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 34 ədəd müxtəlif çaplı patron tapılıb.