...

Deputat: Pandemiya başlayanda işdən çıxan tibbi işçiləri indi işə qayıtmaq istəyirlər

Gündəm Materials 9 Sentyabr 2020 12:16 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus pandemiyası başlayanda ərizə yazıb işdən çıxan tibbi işçiləri indi pandemiya müəyyən qədər səngidikdən sonra işə qayıtmaq üçün müraciət edirlər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədrinin müavini Məlahət İbrahimqızı bildirib.

M.İbrahimqızı deyib ki, pandemiya dövründə tibb işçiləri qəhrəmanlıq göstəriblər, ön cəbhədədirlər:

“Dünyasını dəyişən tibb işçiləri də var. Ancaq bir neçə baş həkim mənə bildirib ki, bir sıra tibb işçiləri pandemiya başlayanda ərizə verərək işdən çıxıblar, deyiblər ki, biz bu təhlükəni evə apara bilmərik.

İndi isə həmin tibb işçiləri geri qayıtmaq istəyirlər, bunun üçün müraciət edirlər. Ön cəbhədən qaçanların yenidən işə bərpa olunması nə dərəcədə düzgündür? Baş həkimlər xahiş edirlər ki, Əmək Məcəlləsinə dəyişiklik edilsin, o həkimlər heç özəl xəstəxanalarda da işə götürülməsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti