...

Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV

Gündəm Materials 28 Oktyabr 2020 13:49 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Rostov şəhərində hüquq-mühafizə orqanlarında geniş yayılmış erməni diasporu regionda cinayətkarlığın və qanunsuzluğun artmasının başlıca səbəblərindəndir. Əksər vaxtlarda bu icmanın nümayəndələri Ermənistandan gələnlərə himayədarlıq edir və yerli sahibkarları sıxışdırır.

Trend-in məlumatına görə, şəhərdə məşhurlaşmış Melkumyanlar ailəsinin nümayəndələri barədə açılan cinayət işi bunu təsdiq edir.

Qeyd olunur ki, Rostov polisinin müstəntiqi Aleksandr Melkumyan narkotik tacirindən cəzadan boyun qaçırmaq üçün 150 min rubl alarkən saxlanılıb.

Hazırda o, cinayət işinə cəlb edilib və 6 il müddətinədək həbs edilə bilər.

Bununla belə, Melkumyan soyadı rostovlulara çoxdan tanışdır. Onun yaxınları Sergey Melkumyan prokurorluq əməkdaşı, Aleksandr Melkumyan isə İstintaq Komitəsinin müstəntiqidir.

Həmin ailənin narkotik tacirlərinə himayədarlıq etdiyi çoxdan məlumdur. Bundan başqa, onlar qaçaq silahların daşınması işinə nəzarət edir və ermənilərin şəhərdəki biznesinin böyük əksəriyyəti Melkumyanların himayəsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti