...

Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)

Gündəm Materials 25 Noyabr 2020 09:58 (UTC +04:00)
Kəlbəcərin peykdən görüntüləri yayılıb (FOTO)

Bakı. Trend:

“Azərcosmos” bu gün azad edilən Kəlbəcər rayonunun peyk görüntülərini yayıb.

Trend-in məlumatına görə, Kəlbəcər rayonunun işğaldan azad olunduqdan sonrakı təsvirləri “Azersky” peyki ilə çəkilib.

Qeyd edilib ki, işğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib.

Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti