Bakı. Samir Əli - Trend:
Vətən müharibəsində şəhid olanların xatirəsi Şəkidə bir dəqiqəlik sükutla yad edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, sükut zamanı hərəkət dayandırılıb və avtomobillər siqnallar verib.
Həmçinin, şəhərin Cümə məscidində ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilir.