...

Polis əməliyyat keçirdi, silah və narkotik aşkarlandı (FOTO)

Gündəm Materials 20 Dekabr 2020 14:56 (UTC +04:00)
Polis əməliyyat keçirdi, silah və narkotik aşkarlandı (FOTO)

Bakı. Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Orxan Verdiyev polislər tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Naqan”markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Qarayev saxlanılıb. Onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti