...

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib (VİDEO/FOTO)

Gündəm Materials 30 Yanvar 2021 16:07 (UTC +04:00)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağac əkilib (VİDEO/FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycanın Ağdam rayonunda açılışı olan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ərazisində ağacəkmə kampaniyası keçirilib.

Trend-in məlumatına görə, ağacları Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin əkiblər.

Qeyd edək ki, mərkəzin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti və yaşayış otaqları var. Bütün otaqlar zəruri avandanlıqlarla təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti