Bakı. Orxan Nəbiyev - Trend:
Qars şəhərində keçirilmiş "Qış təlimi-2021" birgə təlimində iştirak edən azərbaycanlı hərbçilər Türkiyədən yola salınıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "Twitter" səhifəsində yazıb.
Qeyd edək ki, "Qış təlimi-2021" birgə təlimi fevralın 1-dən 12-dək keçirilib.