...

Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)

Gündəm Materials 12 Aprel 2021 13:53 (UTC +04:00)
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri şəhid ailələri ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ailələrin sosial problemləri, qayğıları öyrənilərək onlarla söhbətlər aparılıb, şəhidlərimizin igidlik və şücaətlərindən danışılıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Belə görüşlərin şəhid ailələrinin problemlərini öyrənmək baxımından müntəzəm olacağı diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti