...

16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

Gündəm Materials 6 May 2021 16:02 (UTC +04:00)
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

Bakı. Ceyhun Ələkbərov - Trend:

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqlər keçirib.

Nazilrikdən Trend-ə verilən məlumata görə, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti