...

Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)

Gündəm Materials 16 May 2021 12:32 (UTC +04:00)
Bayram günlərində milli parkları 7 minə yaxın turist ziyarət edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Ramazan bayramı günlərində Azərbaycanın milli parklarına 6 875 turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaş da var.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub ki, bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır.

“Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Eyni zamanda, milli parklarda müxtəlif təbii landşaft və ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir” - deyə, o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti