...

Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord böyük marağa səbəb olub (FOTO)

Gündəm Materials 28 May 2021 17:25 (UTC +04:00)
Amsterdamda Respublika Gününə həsr olunmuş bilbord böyük marağa səbəb olub (FOTO)

Bakı. Trend:

28 may tairixində Niderland Krallığının Amsterdam şəhərində (Kalverpassage, Kalverstraat küçəsi) 28 May- Respublika Gününə həsr olunmuş reklam xarakterli bilbord quraşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, şəhərin mərkəzində yerləşən ticarət mərkəzində quraşdırılan bilbord yerli sakinlərin marağına səbəb olub. Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilən layihə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyevin təşəbbüsü ilə baş tutub.

Gün ərzində Krallığın digər şəhəri - Den-Haaqda De Passage küçəsində də eyni məzmunlu bilbord quraşdırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti