...

Ermənistan Təhlükəsizlik şurasının rəhbəri vəzifəsini tərk edib

Gündəm Materials 14 İyul 2021 11:02 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Təhlükəsizlik şurasının rəhbəri Armen Qriqoryan vəzifəsini tərk edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, o, xarici işlər nazirinin birinci müavini təyin olunub.

Bir müddət əvvəl KİV-lər onun nazir təyin oluna biləcəyini yazırdı.

Xatırladaq ki, sabiq nazir Ara Ayvazyan mayın 27-də vəzifədən istefa vermişdi. Ondan sonra nazirin bütün müavinləri də vəzifələrini tərk etmişdi.

Xəbər lenti

Xəbər lenti