...

Pandemiyanın bitməsi üçün 11 milyard doza vaksin lazımdır - BMT baş katibi

Gündəm Materials 14 İyul 2021 19:57 (UTC +04:00)
Pandemiyanın bitməsi üçün 11 milyard doza vaksin lazımdır - BMT baş katibi

Bakı. Orxan Nəbiyev - Trend:

Dünyada COVID-19 pandemiyasının bitməsi üçün 11 milyard doza vaksin lazımdır.

Trend-in məlumatına görə, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, dünyanın qlobal vaksinasiya planına ehiyacı var: "Dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti