...

Xocavənddə minalanmış ərazidəki yanğın söndürülüb (VİDEO)

Gündəm Materials 24 İyul 2021 14:15 (UTC +04:00)
Xocavənddə minalanmış ərazidəki yanğın söndürülüb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti