...

DANX-da yüksək vəzifəyə təyinat olub

Gündəm Materials 4 Avqust 2021 16:42 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) yeni təyinat olub.

Trend-in əldə etdiyi məlumata görə, Anar Rzayev DANX-ın yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, Anar Rzayev 1973-cü ildə Bakı şəhərində anadan olub. Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsini bitirib.1994-1995-ci ildə "ACTP" tələbə mübadiləsi müsabiqəsində Bakıda, sonra isə Moskva şəhərində qalib gələrək ABŞ-ın Nyu-York ştatının Sirakuz Universitetinin Yutika Kollecində təhsi alıb.

A.Rzayev indiyə qədər müxtəlif xarici nəqliyyat şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti