...

Heydər Əliyev prospektindəki yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Gündəm Materials 24 Avqust 2021 15:36 (UTC +04:00)
Heydər Əliyev prospektindəki yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

XXX

14:53

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Yanğın yolda avtomobillərin hərəkətinə mane olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti