...

Hindistan Səfirliyi “Hindistanın Səhiyyə Turizmi” mövzusunda vebinar təşkil edib (FOTO)

Gündəm Materials 2 Sentyabr 2021 14:10 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş “Azadi Ka Amrit Mahotsav” (India@75) bayram tədbirləri çərçivəsində Hindistanın Azərbaycandakı Səfirliyi, Bakı Malayali Assosiasiyası və Soham Yoqa Məktəbi ilə birlikdə Hindistanın Səhiyyə Turizmini təbliğ etmək üçün bu həftə vebinar təşkil edib.

Hindistanın Bakıdakı Səfirliyindən Trend-ə verilən məlumata görə, hibrid rejimdə keçirilmiş vebinar “Azadi Ka Amrit Mahotsav” bayramının əsas mövzularından biri olan Hindistanın zəngin mədəni irsini nümayiş etdirmək idi. Vebinarda Azərbaycan Turizm Bürosunun, Azərbaycanın tanınmış tur operatorlarının və səhiyyə sektorunun nümayəndələri, eləcə də Bakıdakı hind diasporunun rəhbərləri iştirak ediblər.

Tədbirdə Hindistanın Kerala Ştatında yerləşən məşhur Ayurveda xəstəxanası və sağlamlıq mərkəzi olan “Sanjeevanam” tərəfindən Hindistandakı sağlamlıq mərkəzlərinin təqdimatı keçirilib.

Hindistanın Bakıdakı Səfirliyi “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində Hindistanın Müstəqilliyinin 75 illiyinin qeyd etmək məqsədilə iki il müxtəlif tədbirlər təşkil edəcək. Önümüzdəki günlərdə Səfirlik bayram tədbirləri çərçivəsində sentyabrın 5-də Müəllimlər Gününü və sentyabrın 14-də Hind Dili Gününü qeyd edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti