...

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin tarixi açıqlanıb

Gündəm Materials 4 Sentyabr 2021 10:03 (UTC +04:00)
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin tarixi açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Apellyasiyaya müraciət etmiş namizədlər üçün onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti