...

Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Gündəm Materials 13 Sentyabr 2021 11:40 (UTC +04:00)
Hərbi tibb fakültəsi kursantlarının andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları və onların valideynlərini təbrik edərək kursantlara təhsildə, eləcə də xidmətdə uğurlar arzulayıb.
Təntənəli mərasimdə çıxış edən polkovnik Məharət Rzayev, mayor Yaqub Qasımov və kursant Nəsibli Nicat gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, Hərbi Anda sadiq olmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi, nizam-intizamla xidmət etməyi, hərbi həkimlik peşəsinin sirlərini dərindən öyrənməklə şəxsi heyətin sağlamlığını qorumağı tövsiyə ediblər.

Sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Andiçmə mərasimindən sonra əməkdar artist Yusif Mustafayev və Səbayıl rayonu Badamdar qəsəbəsi mədəniyyət evinin kollektivinin iştirakı ilə kursantlar üçün bayram konserti təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti