...

Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır - Vəkil

Gündəm Materials 5 Oktyabr 2021 12:06 (UTC +04:00)
Koronavirusa yoluxan sabiq icra başçısının vəziyyəti ağırdır - Vəkil

Bakı. Samir Əli - Trend:

Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyətində müsbət dəyişiklik yoxdur.

Bu barədə Trend-ə M.Quliyevin vəkili məlumat verib.

Vəkil bildirib ki, sabiq icra başçısının səhhəti ağır olaraq qalır: "Səhhətində ciddi dəyişiklik yoxdur, süni nəfəs aparatına qoşulub".

M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Quliyev təhlükəli koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti