...

Lerikdə qaya uçqunu olub, yol bağlanıb

Gündəm Materials 12 Oktyabr 2021 09:21 (UTC +04:00)
Lerikdə qaya uçqunu olub, yol bağlanıb

Bakı. Trend:

Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu baş verib.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti