...

Binanın girişinə atılan körpənin vəziyyəti yaxşılaşıb

Gündəm Materials 24 Noyabr 2021 12:04 (UTC +04:00)

Bakı. Samir Əli -Trend:

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Mərkəzdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərin səyi nəticəsində sağalmaq üzrədir.

"Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq", -deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilən körpənin səhhətində müəyyən problemlər olduğundan 21 noyabr 2021-ci il tarixində 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Xəbər lenti

Xəbər lenti