...

"Facebook" azərbaycanlıların şikayətindən sonra erməni terrorçuya həsr olunmuş səhifəni bağlayıb

Gündəm Materials 3 Fevral 2022 10:45 (UTC +04:00)
"Facebook" azərbaycanlıların şikayətindən sonra erməni terrorçuya həsr olunmuş səhifəni bağlayıb

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsi erməni terrorçu Monte Melkonyana həsr olunmuş səhifəni bağlayıb.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın ombdusmanı Arman Tatoyan bildirib.

Qeyd olunur ki, səhifə azərbaycanlı istifadəçilərin şikayətindən sonra bloklanıb.

A.Tatoyanın sözlərinə görə, "Facebook" səhifənin bağlanması ilə bağlı hər hansı bir şərh verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti