...

ÜST bir sıra Avropa ölkələrini COVİD məhdudiyyətlərinin ləğvinə görə tənqid edib

Gündəm Materials 23 Mart 2022 03:11 (UTC +04:00)
ÜST bir sıra Avropa ölkələrini COVİD məhdudiyyətlərinin ləğvinə görə tənqid edib

Bakı. Trend:

Avropada məhdudiyyətlərin aradan qaldırılmasından sonra COVID-19-a yoluxma hallarında artım müşahidə olunur.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge bildirib.

Onun sözlərinə görə, yoluxmaların sayında artım Avropanın 53 ölkəsindən 18-də qeydə alınıb.

"Bəzi Avropa ölkələri, o cümlədən Almaniya, Fransa, İtaliya və Böyük Britaniya COVID-19-a qarşı mübarizə çərçivəsində məhdudiyyətləri çox kəskin şəkildə aradan qaldırdılar və indi yoluxma sayında artım müşahidə olunur", - H.Kluge qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti