...

Metropolitenin sədr müavini gediş haqqından danışıb

Gündəm Materials 13 May 2022 12:40 (UTC +04:00)
Metropolitenin sədr müavini gediş haqqından danışıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı metropoliteni metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələ Bakı Metropoliteninin səlahiyyətində deyil.

"Gediş haqlarının bahalaşması ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətindədir. Biz isə bu barədə Tarif Şurasına müraciət etməmişik",- H.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti