...

Hərbi qulluqçularla "Beynəlxalq humanitar hüquq" mövzusunda maarifləndirici tədbirlər keçirilib

Gündəm Materials 13 May 2022 17:51 (UTC +04:00)
Hərbi qulluqçularla "Beynəlxalq humanitar hüquq" mövzusunda maarifləndirici tədbirlər keçirilib

Bakı. Trend:

Təsdiq olunmuş plana uyğun olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Hüquq İdarəsinin hərbi qulluqçuları tərəfindən hərbi hissələrdə "Beynəlxalq humanitar hüquq (Silahlı münaqişələr hüququ)" hazırlığı üzrə maarifləndirici tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə hərbi qulluqçulara beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib, şəxsi heyətin əməl etməli olduğu mühüm vəzifə və tapşırıqlar izah edilib.

Döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlə davranış qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə dair fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti