...

Vəkillik üçün müraciət edənlərin sayı artır - Kollegiya sədri

Gündəm Materials 25 May 2022 11:11 (UTC +04:00)
Vəkillik üçün müraciət edənlərin sayı artır - Kollegiya sədri
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vəkillərin rastlaşdığı problemlərin həlli ilə bağlı tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, bu gün Azərbaycanda gənclərin vəkilliyə cəlb edilməsi ilə bağlı məsələ həllini tapıb.

"Biz demirik ki, bizdə hər şey idealdır, amma biz bu problemləri bilirik və həll etməyə çalışırıq. Ən böyük problemimiz gənclərin vəkilliyə üz tutmaması idi. Biz bu gün bu problemi həll etmişik deyə bilərik.

Vəkillik üçün müraciət edənlərin sayı artır. Buna da səbəb qanunların aliliyi və vəkillərin fəaliyyətinə verilən dəstək, qayğıdır. Bu gün başqa ölkələrdə Azərbaycanda vəkillərin fəaliyyəti və yaradılan tədris mərkəzləri nümunə olaraq götürülür",- A.Bağırov deyib.

Kollegiya sədri bildirib ki, vaxtilə vəkillər bölgələrdə əməkhaqqı ala bilməməkdən şikayət ediblər: "Mən yeni təyin ediləndə rayonlardan vəkillər mənə zəng edirdilər ki, pul ala bilmirik. Amma mən bu məsələni prioritet məsələ kimi qarşıya qoydum və həll etdim. Bu gün heç bir vəkil bu cür söhbətlər etmir. Bu gün monitorinqlər aparırıq, vəkillərin problemləri ilə maraqlanırıq və onların müsbət fəaliyyətini dəstəkləyirik. Bizə əsas vacib olan odur ki, vəkillər vətəndaşların hüquqlarını müdafiə etsinlər. Bu gün bu sahədə korrupsiya tamamilə aradan qaldırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti