Bakı. Trend:
Avropa İttifaqı (Aİ) neft tədarükünə təxirə salınmış embarqonun tətbiqi çərçivəsində ilin sonuna qədər Rusiyadan neft idxalının 90%-dən imtina etməyə ümid edir, Aİ liderlərinin Brüsseldə keçirilən sammitdə bunun tətbiqinə dair siyasi razılaşma əldə olunub.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Mən Avropa Şurasında Rusiyaya qarşı neft sanksiyalarına dair razılaşmanı alqışlayıram. Bu, ilin sonuna kimi Rusiyadan [Aİ-yə] neft idxalını 90% azaltmağa imkan verəcək”, – deyə Ursula fon der Leyen öz "Twitter" səhifəsində yazıb.