...

Alban-Udi Xristian Dini İcmasının üzvləri Talış kəndindəki V əsrə aid kilsəni ziyarət ediblər (FOTO)

Gündəm Materials 26 İyun 2022 12:04 (UTC +04:00)
Alban-Udi Xristian Dini İcmasının üzvləri Talış kəndindəki V əsrə aid kilsəni ziyarət ediblər (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Talış. Trend:

Azərbaycanda yaşayan Alban-Udi Dini icmasının üzvlərinin bu gün Erməni işğalından azad edilən ərazilərə səfərləri davam edir.

Trend-in məlumatına görə, Alban-Udi Xristian Dini İcmasının üzvləri 26 iyun Azərbaycan ordusunun yaranma günü münasibətilə tarixi torpaqlarımıza səfərləri zamanı Suqovuşandan sonra Talış kəndində yerləşən V əsrə aid olan kilsəni də ziyarət ediblər. Ziyarət zamanı icma üzvləri Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinə dualar oxuyub, Allahdan rəhmət diləyiblər.

İcma üzvləri kilsədə dini ayin icra edib, şam yandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti