...

Allahşükür Paşazadə Londona gedir

Gündəm Materials 4 İyul 2022 11:23 (UTC +04:00)
Allahşükür Paşazadə Londona gedir

Trend-i buradan izləyin

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 4-də Böyük Britaniyaya səfərə yola düşür. Səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.

QMİ sədri Şeyxülislam A. Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcəkdir. QMİ sədri Din və Etiqad azadlığı Konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti