Bakı. Trend:
Azerbaycan Mətbuat Şurasında "Media və intihar olaylarının işıqlandırılması" mövzusunda keçirilmiş toplantının iştirakçıları tərəfindən ölkə jurnalistlərinə müraciət edilib.
Trend-in məlumatına görə, müraciətdə deyilir ki, intihar
hallarının mediada işıqlandırılması ile bağlı son vaxtlar nəzərə
çarpan tendensiyalar narahatlıq doğurmaqdadir: "Bu narahatlığı
ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var. Bəzi kütləvi
informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki,
ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan
Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə
yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu
düşünürük. Hesab edirik ki, jurnalist peşesinə dəyər verən hər bir
qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm
mənəvi məsuliyyətdir, həm də peşə tələbidir. İstənilən hadisənin
işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq
amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə
uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin
aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin
təbiətindən irəli gələn xüsusiyyətdir. Təəssüf ki, intihar
olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan
sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki
kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir Biz söz və
ifadə azadlığının dövlət və cəmiyyət üçün önemini dərk edirik. Onu
da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar
bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ
ətrafında spekulyasiyalar yolverilməzdir. Intihar olay: baxış sayı
toplamaq izləyici auditoriyası genişləndirmək naminə predmetə
çevrilməməlidir. Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji
durumuna zərər vurma ehtimali böyük olan hadisə və proseslərin
təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj
yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media
prinsiplərinə tamamilə zidddir. Biz hər bir media temsilçisini, hər
bir KIV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət
müstəvisində dərk etməyə çağırıeıq. Onu da düşünmək lazımdır ki,
insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh
düşkünlüyü yaratmaq potensialına malik taqdimatların hüquqi
müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür. Biz,
Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün
jurnalistlərini ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti
ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının
təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin
dəhşət saçan fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə
çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan
məqamları işıqlandırmağa çağırrıq. İnanmaq istərdik ki, həmkar
teessübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq,
qeyd etdiyimiz neqativ temayüllərin aradan qaldırılması naminə
səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır".