...

İntihar xəbərləri ilə bağlı mediada monitorinqlər keçirilməsi təklif edilib

Gündəm Materials 20 İyul 2022 13:01 (UTC +04:00)
İntihar xəbərləri ilə bağlı mediada monitorinqlər keçirilməsi təklif edilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda intihar hallarının qarşısının alınması üçün aidiyyəti qurumlar səfərbər olunmalı, ailələr arasında təbliğat aparılmalıdır.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasında mediada intihar xəbərlərinin yayılması ilə bağlı mətbuat konfransında Mətbuat Şurasının üvzü Şəmsəddin Əliyev deyib.

O bildirib ki, məişət zorakılığı insanları daha çox intihara sürükləyən faktordur: "Bizə lazımdır ki, məişət zorakılığından əziyyət çəkənlər rayon-rayon müəyyən edilsin. Həmin ailələri tədqiq etmək mümkündür".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bir sıra sayt, qəzet, televiziyalar və sosial şəbəkələrdə intiharla bağlı xəbərlərin sayı artır: "Hadisə xəbərlərində insanlar qəhrəmana çevrilir. Cəmiyyətdə iradəsi zəif insanlar da bu xəbərləri oxuyub problemlərinin həllinin çıxış yolunu intiharda görür. Nəticədə intiharların sayı artır. İntihar hadisəsi konkret hadisədir. Bütün dünyada baş verir, onların işıqlandırılması isə azlıq təşkil edir".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə mediada monitorinqlər keçirilməsini təklif edib: "Həmin monitorinqlərdə müzakirə olunmalıdır ki, hansı media qurumu hansı intihar xəbərini necə yayıb. Digər tərəfdən, telekanallardakı bəzi verilişlərdə intihar xəbərlərinin müzakirəsi qadağan edilsin. Bununla bağlı Audiovizual Şuraya müraciət hazırlayaq", - A.Quliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti