Bakı. Trend:
İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron
yarımadasında gecə 21-25° isti, gündüz 31-35° isti, Bakıda gecə
22-24° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm
civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı,
arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda
gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.