...

"G7" ölkələri Çinin Tayvan yaxınlığındakı təlimlərindən narahat olduqlarını bildiriblər

Gündəm Materials 4 Avqust 2022 04:55 (UTC +04:00)
"G7" ölkələri Çinin Tayvan yaxınlığındakı təlimlərindən narahat olduqlarını bildiriblər

Bakı. Trend:

"G7" ölkələri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan adasına səfəri fonunda Pekinin Tayvana qarşı atdığı addımlardan narahatlığını bildirib.

Trend-in məlumatına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda bildirilib.

"Biz ÇXR-in son hədələyici hərəkətləri, xüsusən də lazımsız eskalasiya təhlükəsi yaradan döyüş atışları ilə hərbi təlimləri və iqtisadi təzyiq tədbirləri bizi narahat edir", - deyə qeyd olunub.

Həmçinin, "G7" ölkələri Pekini fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb. Eyni zamanda, G7 dövlətləri "bir Çin" prinsipinə əsaslanan siyasətlərində heç bir dəyişiklik olmadığını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti