...

Bu marşrut xəttində gediş haqqı 10 qəpik azaldıldı

Gündəm Materials 27 Oktyabr 2022 16:09 (UTC +04:00)

Bakı. Trend:

E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşların qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə marşrut xətti üzrə gediş haqqının 0.50 azn olması məqsədə müvafiq hesab edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.

Xatırladaq ki, yeni xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti