...

Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur - Teymur Musayev

Gündəm Materials 3 Noyabr 2022 11:50 (UTC +04:00)
Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur - Teymur Musayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dərman vasitələri ilə bağlı çatışmazlıq yoxdur.

Trend-in məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev bu gün "Medinex" və "Beauty Azerbaijan" sərgisinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.

"Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir", - nazir əlavə edib.

Nazir qeyd edib ki, yerli dərman istehsalı ilə bağlı iri layihələr həyata keçirilməkdədir. Bu istiqamətdə Ələt və Pirallahı Azad İqtisadi Zonasında işlər aparılır.

"İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti