...

Azərbaycanın mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir - Öcal Oğuz

Gündəm Materials 8 Dekabr 2022 10:13 (UTC +04:00)
Azərbaycanın mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir - Öcal Oğuz
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın hər yerində olduğu kimi Azərbaycanın da mədəni irsinin qorunması ortaq məsuliyyətimizdir.

Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

O qeyd edib ki, Azərbaycan Qarabağda illərdir davam edən işğalın sülhlə bitməsi üçün səbrlə gözlədi.

“Lakin bu nəticə vermədi. 44 günlük müharibə ilə öz torpaqlarını erməni işğalından azad etdi. Birlikdə Qarabağda təhrif edilən, yox edilən mirasların yenidən canlandırılmasına çalışmalıyıq. Bu konqres beynəlxalq ictimaiyyətə edilən çağırışdır. Nəticələrinin müsbət olacağını düşünürük”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti