...

Xorvatiya Avrozonanın 20-ci üzvü oldu

Gündəm Materials 1 Yanvar 2023 09:35 (UTC +04:00)
Xorvatiya Avrozonanın 20-ci üzvü oldu

Bakı. Trend:

Xorvatiya yanvarın 1-dən avrozonanın rəsmi üzvü olub və milli valyutası olan kunanın əvəzinə vahid Avropa valyutasından istifadə etməyə başlayıb.

Trend-in məlumatına görə, hadisəni şərh edən ölkə hökumətinin başçısı Andrey Plenkoviç bildirib ki, bu, Xorvatiyanı Avropaya inteqrasiyanın ən yaxın dairəsinə salır.

Beləliklə, əhalisi 4 milyondan az olan və yalnız 1991-ci ildə müstəqillik qazanan Balkan ölkəsi Avropa İttifaqının 27 üzvü arasında avrozonaya daxil olan 20-ci ölkə oldu. Həmin gün o, açıq sərhədlərin Şengen zonasına qəbul edildi.

"Avronun tətbiqi iqtisadiyyatımızı gücləndirəcək, sabitliyin lövbərinə çevriləcək, bizi daha dayanıqlı və xarici sarsıntı və böhranlarından qorunmuş edəcək, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına səbəb olacaq", - deyə ölkənin maliyyə naziri Marko Primorats bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti