...

Fransızlar topçu Vüsalın fotosu ilə Ermənistan üçün yardım kampaniyası aparırlar

Gündəm Materials 20 Fevral 2023 17:25 (UTC +04:00)
Fransızlar topçu Vüsalın fotosu ilə Ermənistan üçün yardım kampaniyası aparırlar
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Erməni təbliğatına və maraqlarına xidmət edən 3 fransız kino işçisi film hazırlamaq üçün yardım kampaniyasına start veriblər. Guya Ermənistanın təhlükədə olmasını əsas gətirən "sənət" adamları təcili film hazırlamağın vacibliyini qeyd ediblər.

Trend-in məlumatına görə, ermənidən daha çox ermənilik edən fransızlar isə yardım kampaniyasına poster kimi azərbaycanlı topçu Vüsalın (Vüsal Şahkərimov) fotosundan istifadə ediblər.

İkinci Qarabağ müharibəsi işitrakçısı olan Vüsal Şahkərimov Azərbaycan cəmiyyətində sözügedən görüntüsü ilə tanınmışdı.

İndi ermənipərəst fransızların Ermənistan üçün yardım kampaniyasına Vüsalın fotosunu seçmələri ya növbəti erməni saxtarkalığı, ya da axmaqlığıdır.

Məsələnin hüquqi məsələsi də var. Bütün beynəlxalq normaları pozmağa alışan ermənilər və onların havadarları indi də azərbaycanlı döyüşçünün fotosunu poster edib, yardım toplayırlar.

Digər tərəfdən isə müəlliflər Azərbaycan-Ermənistan münasibətləri kontekstində guya xristian-müsəlman davasını təbliğ edərək islamafobiyanı tirajlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti